`Xocalılarla görüşdən çox təsirləndim` - Vahe Avetyan


15:08     08 Noyabr 2016 vaxe40.jpg

Hazırda "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış" beynəlxalq konfransı keçirilir.



Konfransda çıxış edən yazıçı qonaqpərvərliyə görə Azərbaycan xalqına təşəkkür edib:

"Bakıda gözəl qarşılandım, təəssüratım gözəldir. 1 həftə əvvəl bura gəlmişəm. 25 illik təcrübəm var, lakin mən yazıçı, normal insan, vətəndaş kimi burdayam".

Daha sonra Avetyan Xocalı abidəsini ziyarətindən də danışıb:

"Onların günahsız ruhları qarşısında baş əydim. Biz vətənpərvərlikdən əvvəl humanizm duyğularını inkişaf etdirməliyik. Birlikdə çox işlər görülməlidir. Bizim də sizin ölkədəki kimi məcburi köçkün və qaçqın problemimiz var.

Etnik nifrətə son qoymalıyıq. Fikirləşirəm ki, mədəni münasibətlər bərpa olunmalıdır. Bu da öz növbəsində etimadın yaranmasına səbəb olacaq. Hər iki ölkə hökumətinə yardım etməliyik. Təəssüf ki, münaqişənin həllində vasitəçilərin köməyindən istifadə edirik. Məncə, birbaşa öz aramızda danışıqlar aparmalıyıq. Bakıya tez-tez gələcəyəm. Xocalıdan olan insanlarla görüşdüm və çox təsirləndim". (Qafqazinfo.az)

Femida.az

Açar sözlər:

Oxunub: 2708


Oxşar xəbərlər